COP29

Federasiyadan məşhur məşqçiyə zəng vurdular - Milliyə gələrsən?

01:30 İngiltərə 752
Federasiyadan məşhur məşqçiyə zəng vurdular - Milliyə gələrsən?

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın İngiltərə millisinə rəhbərlik edəcəyi iddia olunur.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.

Bildirilir ki, İngiltərə Futbol Assosiasiyası 53 yaşlı mütəxəssislə milli komandanın baş məşqçi postuna mümkün dəvəti ilə bağlı əlaqə saxlayıb.

Qvardiolanın yaxın həftələrdə qərar verəcəyi gözlənilir.

Qvardiola 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir.

Digər Xəbərlər
Xəbər Lenti