COP29

Qvardiola ilə danışıqlar aparırlar – Müqaviləni uzatmaq üçün

00:00 İngiltərə 725
Qvardiola ilə danışıqlar aparırlar – Müqaviləni uzatmaq üçün

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola klubla müqaviləsini uzada bilər.

Sportinfo.az “The Telegraph”-a istinadən xəbər verir ki, tərəflər yeni sözləşməni müzakirə edirlər.

İspaniyalı mütəxəssis müqaviləsini bir mövsüm uzada bilər.

Qvardiola ilə “Mançester Siti” arasında hazırkı müqavilə gələn ilin yayında başa çatacaq.

O, 2016-cı ildən “şəhərlilər”i çalışdırır. “Mançester Siti” onun rəhbərliyi altında İngiltərə çempionu və UEFA Çempionlar Liqasının qalibi olub.

Qvardiolanın komandası Premyer Liqanın cari mövsümünün 7 turundan sonra 17 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti