COP29

“Çelsi”nin futbolçusu üçün 150 milyon avro ödəməyə hazırdır

15 Oktyabr 22:00 İngiltərə 1 621
“Çelsi”nin futbolçusu üçün 150 milyon avro ödəməyə hazırdır

“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer komandasını dəyişə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Siti” ingiltərəli futbolçunun xidmətində maraqlıdır.

“Şəhərlilər” Palmeri bu mövsümün sonunda komandanı tərk edə biləcək belçikalı Kevin de Bruynenin əvəzedicisi kimi nəzərdən keçirir.

İngiltərə çempionu onun transferi üçün “Çelsi”yə 150 milyon avro təklif etməyə hazırdır.

22 yaşlı yarımmüdafiəçi Premyer Liqanın cari mövsümündə 7 oyun keçirib, 6 qol vurub və 5 məhsuldar ötürmə edib.

Onun londonlularla müqaviləsi 2033-cü ilin ortalarına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti