COP29

Taleyi Türkiyə klubu ilə oyundan asılıdır - “Mançester Yunayted”in baş məşqçisinin

15 Oktyabr 21:40 İngiltərə 1 504
Taleyi Türkiyə klubu ilə oyundan asılıdır - “Mançester Yunayted”in baş məşqçisinin

Mövsümün ilk üç ayında “Mançester Yunayted”in zəif çıxışından sonra baş məşqçi Erik ten Haq təzyiq altındadır.

Sportinfo.az “Football Insider”-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssisin gələcəyi növbəti iki matçda müəyyənləşəcək.

Ten Haqın yetirmələri Premyer Liqada “Brentford”a və Avropa Liqasında “Fənərbaxça”ya məğlub olarsa, rəhbərlik onu qovacaq.

“Mançester Yunayted” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 14-cü yerdədir. Komanda növbəti oyununu “Brentford”a qarşı oktyabrın 19-da keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti