İngiltərə millisinin baş məşqçisi vəzifəsini müvəqqəti icra edən Li Karsli işini şərh edib. O, əvvəllər daimi olaraq komandanın “sükanı arxasında” qalmaq istəmədiyinə eyham vururdu.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, irlandiyalı çalışdırıcı İngiltərə millisinin daha yaxşı baş məşqçiyə layiq olduğunu bildirib:
“Mən bu vəzifə üçün yarışdan imtina edirəm? Qətiyyən yox. Axtarış prosesində iştirak etmirəm, amma bu komanda daha yaxşı baş məşqçiyə layiqdir.
Qalib gəlmək üçün hər şansı olan futbolçularımız var. Mən də məhz bunu demək istəyirdim.
Demək istəyirdim ki, bu, dünya səviyyəli işdir. Bu, futbolda ən yaxşı işlərin siyahısındadır.
Kim onu alırsa, imtiyazlı olacaq. Özümü etibarlı hiss edirəm. Ona görə də Yunanıstan millisinə uduzmaq çox ağır oldu”.
İngiltərə millisi dünən UEFA Millətlər Liqası çərçivəsində Finlandiya yığmasını 3:1 hesabı ilə məğlub edib.