COP29

“Qol vurmağa başlamaq niyyətindəyəm, bu, mənim öhdəliklərimdən biridir”

12 Oktyabr 18:40 İngiltərə 1 779
“Qol vurmağa başlamaq niyyətindəyəm, bu, mənim öhdəliklərimdən biridir”

“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes cari mövsümdəki çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı bu mövsüm komandası üçün qol vurmağa başlamaq istədiyini bildirib:

“Klubdakı çıxışım? Millidən qayıtdıqdan sonra oyunumu yaxşılaşdırmaq, qol vurmağa başlamaq niyyətindəyəm. Bu, mənim öhdəliklərimdən biridir, çünki hücuma daha yaxın oynayıram.

Əvvəlki mövsümlərdə çox qol vurmuşdum, ona görə də, bu səviyyəyə qayıtmalıyam. Standartlarınızı aşağı sala bilməzsiz”.

30 yaşlı futbolçu İngiltərə Premyer Liqasının cari mövsümündə 7 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti