COP29

İdman direktoru postu portuqaliyalıya tapşırıldı – Premyer Liqa klubunda

12 Oktyabr 00:20 İngiltərə 860
İdman direktoru postu portuqaliyalıya tapşırıldı – Premyer Liqa klubunda

Lissabon “Sportinq”inin idman direktoru Uqo Viana “Mançester Siti”də oxşar vəzifə tutacaq.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər artıq razılığa gəliblər.

41 yaşlı portuqaliyalı funksioner yeni vəzifəsinin icrasına 2025-ci ilin yayında başlayacaq.

“Şəhərlilər”in hazırkı idman direktoru Çiki Beqiristayn 2024/25 mövsümünün sonunda klubu tərk edəcək. İspaniyalı funksioner 2012-ci ildən “Mançester Siti”də işləyir.

Digər Xəbərlər
Xəbər Lenti