COP29

Baş məşqçi istədi, klub rəhbərliyi bazada 200 minlik divar tikdi

11 Oktyabr 10:00 İngiltərə 1 689
Baş məşqçi istədi, klub rəhbərliyi bazada 200 minlik divar tikdi

“Mançester Yunayted”in Karrinqtondakı təlim-məşq mərkəzində komandanın məşqlərini gizlətmək və oyunçuları əlverişsiz havadan qorumaq üçün nəhəng ağ divar tikilib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Bildirilib ki, divar “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haqın xahişi ilə tikilib. Bu, kluba 200 min funt-sterlinqə başa gəlib.

Əvvəllər xərclərin azaldılması səbəbindən 250 nəfərin işdən çıxarılmasından sonra inşa olunan divarın dəyəri klub əməkdaşlarında çaşqınlıq yaradıb.

“Mançester Yunayted” İngiltərə Premyer Liqasında 7 turdan sonra 8 xalla 14-cü yerdə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti