COP29

“Danışdı və ona yaxşı oğlan olduğumu söylədi” - Video olayı

11 Oktyabr 01:50 İngiltərə 742
“Danışdı və ona yaxşı oğlan olduğumu söylədi” - Video olayı

“Çelsi”nin və İspaniya millisinin müdafiəçisi Mark Kukurella AÇ-2024-ün qalibi olduqdan sonra oxuduğu və azarkeşlər arasında populyarlaşan qısa mahnı haqqında danışıb.

Sportinfo.az “Cadena Cope”-yə istinadən xəbər verir ki, ispaniyalı futbolçu bu mahnıda digər şeylərlə yanaşı, “Mançester Siti”nin hücumçusu Erlinq Halandın onu görəndə qorxudan titrədiyini çatdırmağa çalışıb:

“Haland bunu bir az şəxsi qəbul etdi, amma indi hər şey həll olunub. Koul Palmer Halandla danışdı və ona yaxşı oğlan olduğumu söylədi.

Norveçli forvard sosial şəbəkədə videonu görüb və bunun ona qarşı şəxsi video olduğunu düşünüb”.

Haland Premyer Liqanın ilk turunda “Çelsi”nin qapısına qol vura bilmişdi.

Digər Xəbərlər
Xəbər Lenti