“Vest Hem”in keçmiş hücumçusu Paolo di Kanio “Mançester Yunayted” rəhbərliyini “Napoli”yə keçən yarımmüdafiəçi Skott Maktomineyi yayda satdığına görə tənqid edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı keçmiş futbolçu, İngiltərə klubunun belə bir oyunçunu buraxdığına inana bilmir:
“Mançester Yunayted”in bütün direktorlarını Maktomineyi satdıqlarına görə həbs edərdim. Belə bir oyunçunu necə buraxa bilərdilər?”
Maktominey cari İtaliya A Seriyasında 4 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. 27 yaşlı şotlandiyalı yarımmüdafiəçi ötən mövsüm İngiltərə Premyer Liqasını 7 qolla başa vurmuşdu.