COP29

Meydana butulka atdı, qovuldu - Nalayiq davranışda ittiham olunur

9 Oktyabr 22:00 İngiltərə 981
Meydana butulka atdı, qovuldu - Nalayiq davranışda ittiham olunur

“Plimut Arqayl”ın baş məşqçisi Ueyn Runi “Blekbern”lə oyunda qırmızı vərəqə alaraq texniki zonadan qovulub. O, İngiltərə Futbol Assosiasiyası tərəfindən nalayiq davranışda ittiham olunur.

Sportinfo.az ESPN-ə istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis “Blekbern”in bərabərliyi təmin edən qolundan sonra (2:1) azarkeşlərə doğru butulka ataraq, meydandan qovulub

. İngiltərə Futbol Assosiasiyası bu haqda açıqlama yayıb:

“Baş məşqçinin 87-ci dəqiqədə davranışının yersiz olduğu və matçın rəsmisinə qarşı təhqiramiz ifadələr işlətdiyi bildirilib”.

Runi bu iddialara oktyabrın 15-dək cavab verməlidir.

Çempionşipdə mübarizə aparan “Plimut Arqayl” ardıcıl üç ev oyununda qalib gəlib və turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
9 Oktyabr 18:10 Çək və bizə göndər!
9 Oktyabr 11:20 Bal kimi QAZANC!
9 Oktyabr 07:20 Sual və NİDA... FOTO
9 Oktyabr 03:40 Atasının qızı - FOTOLAR