"Mançester Siti"nin idman direktoru Çiki Beqiristayn gələcəyi ilə bağlı qərar verib.
Sportinfo.az xəbər verir ki, ispan funksioner mövsümün sonunda Premyer Liqa klubunu tərk edəcək.
Bu barədə "The Atletic" nəşri məlumat yayıb.
60 yaşlı klub rəsmisi öz istəyi ilə postunu tərk edəcək. Klub rəhbərliyi artıq onun ayrılıq istəyini qəbul edib.
Çiki Beqiristayn 2012-ci ilin oktyabr ayından "Mançester Siti"nin idman direktoru vəzifəsini icra edib. O, daha öncə "Barselona"da eyni postu tutub.