Arbitraj məhkəməsi “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının rəhbərliyi arasında yaranmış mübahisə ilə bağlı qərar qəbul edib.
Sportinfo.az “The Times”-a istinadən xəbər verir ki, “şəhərlilər” dünən Premyer Liqanın əlaqəli tərəf əməliyyatları (APT) qaydalarına qarşı iddiada qələbələrini elan ediblər.
Premyer Liqa rəhbərliyi də öz növbəsində bəyanatında müsbət fikirlər səsləndirib.
Premyer Liqa rəhbərliyi tribunalın “Mançester Siti”nin iddialarının əksəriyyətini rədd etdiyini və qaydalara sadəcə kiçik düzəlişlərə ehtiyac duyduğunu söyləyib.
“Şəhərlilər” çempionatın digər 19 klubuna məktub göndərib və hökmü izah edib.
“Mançester Siti”nin hüquq müşaviri APT qaydalarının qeyri-qanuni və tətbiq oluna bilməyəcəyinin aşkar edildiyini söyləyib.
2024-cü ilin fevralında Premyer Liqa rəhbərliyi elan edib ki, “Mançester Siti” 2009/10 mövsümündən başlayaraq, 2017/18 də daxil olmaqla, gəlirləri haqqında səhv məlumat verməkdə ittiham olunur.
Bundan əlavə, “şəhərlilər” futbolçulara və məşqçilər heyətinə bonuslar barədə yalan məlumatlar təqdim ediblər.