COP29

Premyer Liqa klubundan qovulmayacağına inanır – Tanınmış baş məşqçi

18:20 İngiltərə 466
Premyer Liqa klubundan qovulmayacağına inanır – Tanınmış baş məşqçi

“Mançester Yunayted”in direktorları bu gün mühüm toplantı keçirəcəklər. Burada komandanın baş məşqçisi Erik Ten Haqın gələcəyinin müzakirə ediləcəyi gözlənilir.

Sportinfo.az “The Telegraph”-a istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı hazırkı beynəlxalq fasilə zamanı işdən çıxarılmayacağına inanır. O göndərilməsinə dair heç bir əlamət görməyib və qısa tətilə çıxıb.

“Qırmızı şeytanlar” zəif çıxış edirlər və Premyer Liqanın turnir cədvəlində 14-cü pillədə qərarlaşıblar.

“Mançester Yunayted” növbəti matçını oktyabrın 19-da doğma meydanda “Brentford”a qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti