İspaniya millisinin və “Atletik”in cinah oyunçusu Niko Uilyamsın karyerasını Premyer Liqada davam etdirmək şansı var.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçunun transferində “Mançester Yunayted” və “Liverpul” maraqlıdır.
Hər iki klub gələn yay oyunçunu transfer etməyə çalışacaq.
Uilyamsın İspaniya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədərdir. O, 2021-ci ildən Bilbao klubunun əsas komandasında çıxış edir.