COP29

Hücumçusu ilə yeni müqavilə imzaladı – Premyer Liqa təmsilçisi

00:20 İngiltərə 178
Hücumçusu ilə yeni müqavilə imzaladı – Premyer Liqa təmsilçisi

“Aston Villa”nın hücumçusu Con Duran klubu ilə yeni müqavilə imzalayıb.

Sportinfo.az Birmingem klubunun rəsmi saytına istinadən xəbər verir ki, kolumbiyalı futbolçunun müqaviləni 2030-cu ilə qədər uzatdığı, rəhbərliyin isə onun maaşında ciddi artım etdiyi bildirilib.

Duranla yayda Londonun iki klubu – “Çelsi” və “Vest Hem” maraqlansa da, tərəflər arasında anlaşma baş tutmamışdı.

O, “Aston Villa”da qalaraq, yeni mövsümə “partlayış”la başlayıb. 20 yaşlı forvard yeni təqvim ilində keçirdiyi bütün turnirlərdə 10 matçda 6 qol vurub.

Duran “Aston Villa”da ikinci mövsümünü keçirir. O, əvvəllər MLS-də – “Çikaqo Fayr”da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Oktyabr 18:10 Çək və bizə göndər!
7 Oktyabr 11:00 Burada GƏLİR var!