COP29

"Oktyabrın əvvəlidir və insanlar artıq dəli olublar"

01:40 İngiltərə 135
"Oktyabrın əvvəlidir və insanlar artıq dəli olublar"

“Bayern”in keçmiş yarımmüdafiəçisi Toni Kroos komandanın başqa bir sabiq oyunçusu Lotar Matteusa cavab verib.

Sportinfo.az “Einfach Mal Luppen”-ə istinadən xəbər verir ki, almaniyalı sabiq futbolçu, insanların artıq dəli olduqlarını bildirib:

“Mövsüm təzəcə başlayıb. Oktyabrın əvvəlidir və insanlar artıq dəli olublar. Onlar Pep Qvardiolanın futbolundan və hər şeyin nə qədər gözəl göründüyündən danışırlar.

İki pis oyundan sonra fikirlər kəskin şəkildə dəyişə bilər. Düzdür, “Bayern” üç çox yaxşı həftə keçirdi.

Onlar bunu güclü komandalara qarşı davam etdirə bilsələr, mən də təriflərə qoşulmaqdan məmnun olaram.

Ancaq bunun Qvardiola dövründəkindən daha yaxşı olduğunu söyləmək? Sözlərinizlə diqqətli olmalısız”.

Matteus daha əvvəl Vensan Kompaninin rəhbərliyi altındakı “Bayern”in Qvardiolanın dövründəki komandadan daha yaxşı göründüyünü bildirmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
5 Oktyabr 11:20 Çox qazanacaqsız!
5 Oktyabr 08:40 "Sabah"da yeni oyunçu
5 Oktyabr 04:00 Qapmıza 6 qol vurdular
5 Oktyabr 02:40 Qazaxıstana məğlub olduq
5 Oktyabr 02:30 Nə vaxt qayıdacaqlar?