“İnter”in baş məşqçisi Simone İnzaqi oktyabrda "Mançester Yunayted"ə yollana bilər.
Sportinfo.az “Sportitalia”ya istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi mütəxəssislə əlaqə saxlayıb.
Lakin İnzaqi mövsümün ortasında “nerazzura”nı tərk etmək istəməyib. Ona görə də, “qırmızı şeytanlar”ın yeni baş məşqçi axtarışları davam etdirilir.
O da mümkündür ki, klub müqavilənin vaxtından əvvəl ləğv edilməsinə görə təzminat ödəməyə pul tapmasa, Erik ten Haq bir müddət postunda qalacaq.