“Mançester Siti”nin azarkeşləri Pep Qvardiolanı komandanın baş məşqçisi kimi qalmağa çağırırlar.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, azarkeşlər hətta bununla bağlı müvafiq banner də hazırlayırlar. İspaniyalı mütəxəssis bu məsələyə münasibət bildirib:
“Azarkeşlər bannerin hesab-fakturasını mənə gətirməlidirlər ki, onun haqqını ödəyə bilim (gülür).
Onlara nə cavab verə bilərəm? Çox sağ olsunlar. Buraya gəldiyim ilk gündən onları çox sevdim.
Nə isə baş verəndə o da olacaq. Mən daha bu barədə danışmayacam”.
Qvardiolanın “Mançester Siti” ilə hazırkı müqaviləsi 2024/2025 mövsümünün sonuna qədərdir. İspaniyalı mütəxəssis 2016-cı ilin yayından “şəhərlilər”ə rəhbərlik edir.