COP29

Baş məşqçini əvəz edəcək əsas namizədi müəyyənləşdirdilər

4 Oktyabr 22:00 İngiltərə 562
Baş məşqçini əvəz edəcək əsas namizədi müəyyənləşdirdilər

“Mançester Yunayted” tezliklə baş məşqçi dəyişikliyinə məruz qala bilər.

Sportinfo.az “TeamTalk”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın cari mövsümün əvvəlindəki zəif çıxışından sonra Erik Ten Haqın klubdakı uzunmüddətli perspektivləri ciddi şübhə altına düşüb.

Komandanın nəticələri yaxşılaşmasa, niderlandlı çalışdırıcı yaxın vaxtlarda qovulacaq.

Bu arda, “Mançester Yunayted” artıq Ten Haqı əvəz etmək üçün prioritet namizədi müəyyənləşdirib.

Hazırda işsiz olan Tomas Tuxel Premyer Liqaya qayıtmaq istəyir və İngiltərə futbolunun onun məşqçilik fəlsəfəsinə uyğun gəldiyinə inanır.

Almaniyalı mütəxəssis ötən ilin martından 2023/24 mövsümünün sonuna kimi “Bayern”ə rəhbərlik edib.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 18:10 Çək və bizə göndər!
4 Oktyabr 11:00 Bir bax ki…TƏKLİF!
4 Oktyabr 10:00 Milliyə çağırılmayacaq