COP29

Taleyi 2 oyundan asılıdır - Premyer Liqada çalışan baş məşqçinin

02:10 İngiltərə 108
Taleyi 2 oyundan asılıdır - Premyer Liqada çalışan baş məşqçinin

Erik Ten Haq yaxın gələcəkdə “Mançester Yunayted”in baş məşqçisi vəzifəsindən qovula bilər.

Sportinfo.az TEAMtalk-a istinadən xəbər verir ki, niderlandlı çalışdırıcının taleyini “qırmızı şeytanlar”ın “Portu” və “Aston Villa” ilə qarşıdakı matçların həll edəcəyi barədə məlumatlar var.

“Mançester Yunayted”in baş məşqçi postuna əsas namizədlər Eddi Hou və Qrem Potterdir. Onlardan birincisi “Nyukasl”ı çalışdırır, ikincisi isə hazırda işsizdir.

Bundan başqa, Qaret Sautqeyt və Simone İnzaqi (“İnter”) də “qırmızı şeytanlar”ın “radar”ındadır.

“Mançester Yunayted” hazırda Premyer Liqada turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
3 Oktyabr 22:20 Problem tək Emindirmi?