İspaniya millisinin sabiq yarımmüdafiəçisi David Silva “Mançester Siti”nin hücumçusu Erlinq Halandın çıxışını yüksək qiymətləndirib.
Sportinfo.az AS-a istinadən xəbər verir ki, ispaniyalı keçmiş futbolçu Halandın qol vurmaqdan yorulmadığını bildirib:
“Bu adam heç vaxt qol vurmaqdan yorulmur. Əvvəllər Haland kimi qolçularla eyni komandada oynamaq imkanım olub. O, ona kömək edənlər üçün xeyir-duadır”.
Norveçli hücumçu mövsümün əvvəlində 7 matçda 10 qol vurub.
Onun transfer qiyməti 180 milyon avrodur. Halandın “Mançester Siti” ilə hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.