COP29

Gözünü Almaniya klubunun hücumçusuna dikib – “Zadəganlar”

28 Sentyabr 01:40 İngiltərə 216
Gözünü Almaniya klubunun hücumçusuna dikib – “Zadəganlar”

“Çelsi” gözünü Leverkuzen “Bayer”inin forvardına dikib.

Sportinfo.az “Team Talk”-a istinadən xəbər verir ki, London klubu “əczaçılar”ın hücumçusu Viktor Bonifeysi almaq istəyir.

“Çelsi” yay transfer pəncərəsi zamanı londonluların maaş şərtlərindən razı qalmayan başqa bir nigeriyalı forvard Viktor Osimheni hədəf seçmişdi. Nəticədə, o, “Napoli”dən icarə əsasında “Qalatasaray”a keçdi.

Bonifeys Bundesliqada yeni mövsümə yaxşı başlayıb. O, 4 matçda 3 qol vurub, 1 məhsuldar ötürmə verib. 23 yaşlı hücumçu ötən mövsüm “Bayer”in Bundesliqa və Almaniya kubokunu qazanmasına kömək edib.

Digər Xəbərlər
Xəbər Lenti