Qrem Potter İngiltərə millisi ilə bağlı şayiələrə münasibət bildirib.
Sportinfo.az “The Telegraph”-a istinadən xəbər verir ki, o, yığma komanda ilə işləməyin fərqli ritm olduğunu söyləyib:
“İngiltərə millisində qalmaq şansım varmı? Klubdakı gündəlik işdən və “tikinti prosesi”ndən zövq alıram.
Yığma ilə işləmək fərqli ritmdir və bunun öz üstünlükləri var. Mən heç nəyi istisna etmirəm, baxmayaraq ki, hər gün oyunçularla işləməkdən və burada olmaqdan həzz alıram”.
Qaret Sautqeytin yayda İngiltərə millisindən ayrılmasından sonra komandanı müvəqqəti olaraq Potter çalışdırır.