“Mançester Siti” yarımmüdafiəçi Rodrini uzun müddətə itirib.
İspaniyalı "Arsenal”la son Premyer Liqa matçında (2:2) dizindən ciddi zədə alıb.
Sportinfo.az “Teamtalk”-a istinadən xəbər verir ki, 28 yaşlı futbolçunun 2024/25 mövsümünün sonuna kimi meydana qayıtması gözlənilmir.
“Mançester Siti” Rodrinin zədəsindən sonra yeni yarımmüdafiəçi üçün qış transfer bazarına girmək məcburiyyətində qala bilər.
“Şəhərlilər” qısa siyahıya dörd yarımmüdafiəçi daxil edib: 25 yaşlı Martin Subimendi (Real Sosyedad), 27 yaşlı Marko Barella (İnter), 25 yaşlı Ederson (Atalanta) və 20 yaşlı – Adam Varton (Kristal Pelas).