COP29

100 milyon avro ödəməyə hazırıq, satın bizə! - SUPER TƏKLİF

25 Sentyabr 10:20 İngiltərə 488
100 milyon avro ödəməyə hazırıq, satın bizə! - SUPER TƏKLİF

“Mançester Siti” Almaniya millisinin və “Bavariya”nın oyunçusu Camal Musialanı heyətinə cəlb etmək istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Team Talk” məlumat yayıb.

Bildirilib ki, Premyer Liqa təmsilçisi 21 yaşlı ulduz üçün Almaniya klubununa 100 milyon avroluq təkliflə müraciət edəcək.

Musialanın Bundesliqa klubunda müqaviləsi 2026-cı ilin iyununda başa çatacaq.

“Bavariya” Camal Musialanı 2019-cu ilin yayında “Çelsi” akademiyasından transfer edib.

Almaniya millisinin üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Transfermarkt portalının məlumatına görə, futbolçunun hazırkı transfer qiyməti 130 milyon avrodur.

Digər Xəbərlər
Xəbər Lenti