İngiltərə Liqa Kubokunun "Koventri Siti" ilə oyununda zədələnən "Tottenhem"in futbolçusu Vilson Odeberin durumuna aydınlıq gəlib.
Sportinfo.az xəbər verir ki, London təmsilçisinin 2:1 hesabı ilə qalib gəldiyi görüşdə ayaq əzələsi dartılan 19 yaşlı yarımmüdafiəçi Avropa Liqasının əsas mərhələsinin ilk turunda "Qarabağ"a qarşı keçiriləcək matçda komandasına kömək edə bilməyəcək.
Onun təxminən bir ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Sentyabrın 26-da oynanılacaq "Tottenhem" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.