COP29

“Heç xatırlamıram, bu, “döyüş”dür, “müharibə”dir” - İnsident haqda danışdı

25 Sentyabr 00:20 İngiltərə 421
“Heç xatırlamıram, bu, “döyüş”dür, “müharibə”dir” - İnsident haqda danışdı

“Mançester Siti” “Arsenal”la matçda ikinci hissəyə əlavə edilmiş 8-ci dəqiqədə (2:2) məğlubiyyətdən xilas olub. Qoldan sonra “şəhərlilər”in hücumçusu Erlinq Haland topu “topçular”ın müdafiəçisi Qabrielin başına atıb.

Sportinfo.az “TNT Sports”-a istinadən xəbər verir ki, braziliyalı futbolçu bu hadisəyə münasibət bildirib:

“Heç xatırlamıram. Bu, normaldır, son dəqiqədə qol vurmağa sevindilər.

Onlar evdə oynadılar və qələbə qazanmaq istəyirdilər, amma komandamız yaxşı çıxış etdi və məğlub olmadı.

Bu, “döyüş”dür, “müharibə”dir və belə matçlarda təxribat xarakterli hərəkətlər oyunun tərkib hissəsidir. İndi onları stadionumuzda gözləyəcəyik”.

“Mançester Siti” – “Arsenal” matçı sentyabrın 21-də, “şəhərlilər”in ev oyunlarını keçirdiyi “Etihad”da baş tutub.

Digər Xəbərlər
Xəbər Lenti