COP29

"Ən yaxşı oyunçular çox işləyir, bu da futbol üçün yaxşı deyil"

25 Sentyabr 00:00 İngiltərə 207
"Ən yaxşı oyunçular çox işləyir, bu da futbol üçün yaxşı deyil"

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq gərgin oyun təqvimi barədə danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı oyunların çox olduğunu bildirib:

“Oyunlar çoxdur, bu, göz qabağındadır. Çoxlu yarışlar var. Ən yaxşı oyunçular çox işləyir, bu da futbol üçün yaxşı deyil.

Bu, reklam üçün yaxşı ola bilər, lakin bir məhdudiyyət var. Oyunçuların zədələnməsi qaçılmazdır”.

“Mançester Yunayted” növbəti matçını sentyabrın 25-də keçirəcək. Erik ten Haqın yetirmələri Avropa Liqasının ilk turu çərçivəsində “Tvente”ni qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti