“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri İngiltərə çempionatının 5-ci turunda “Arsenal”la matçda (2:2) zədələnib.
Sportinfo.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Bildirilib ki, o, sağ dizindəki ön çarpaz bağın qopması səbəbindən bu mövsümün qalan hissəsini buraxacaq. Aparılan tibbi müayinələr zamanı onun zədəsi təsdiqlənib.
Rodri “Arsenal”la matçın 21-ci dəqiqəsində zədələnərək meydanı tərk edib.
Bu mövsüm Rodri bütün turnirlərdə üç matçda iştirak edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.