"Everton"un hücumçusu Dominik Kalvert-Lyuin mövsümün sonunda komandadan ayrılacaq.
Sportinfo.az xəbər verir ki, ingiltərəli futbolçu Premyer Liqa klubunun yeni müqavilə təklifini qəbul etməyib.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Kalvert-Lyuin "Everton"dan ayrılsa da, Premyer Liqada qalacaq. 27 yaşlı forvardın "Nyukasl"a keçəcəyi gözlənilir.
"Everton" Dominik Kalvert-Lyuini 2016-cı ilin yayında "Şeffild Yunayted"dən transfer edib.
İngiltərə millisinin üzvü bu mövsüm Liverpul təmsilçisinin heyətində meydana çıxdığı 5 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.