“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Roy Kin “Arsenal”la son oyuna görə “Mançester Siti”ni tənqid edib.
Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, irlandiyalı keçmiş futbolçu, “topçular”ı bu qədər tərifləməyin də mənasız olduğunu bildirib:
“Sadəcə, meydan sahibləri matçda uğursuz çıxış etdilər və bu səbəbdən, rəqib bir xal qazandı.
Biz elə iddia edirik ki, sanki “Arsenal” qeyri-adi bir şey edib. Baxın, “Arsenal” yaxşı çıxış etdi, amma “Mançester Siti” həqiqətən pis idi.
Düşüncə yox, hərəkət yox. “Arsenal”ın parlaq müdafiəsindən çox, “Mançester Siti”nin zəif çıxışı ön planda idi”.
Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Mikel Artetanın yetirmələri ikinci hissədə 10 nəfərlə oynayıb.