“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland “Arsenal”ın müdafiəçisi Qabriel Maqalesin əlindən topu alıb atdığına görə cəzalandırılmayacaq.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasında keçirilən “Mançester Siti” – “Arsenal” oyununda “şəhərlilər” 98-ci dəqiqədə hesabı bərabərləşdirərkən, Haland topu braziliyalı futbolçunun əlindən alaraq, kəskin atışla birbaşa arxaya göndərib.
Hakim bu epizoda məhəl qoymayaraq, onu cəzalandırmayıb.
“Mançester Siti” – “Arsenal” matçı 2:2 hesabı ilə başa çatıb.