COP29

“Mənim 82 yaşım var, bundan narahatam” - Ağlını itirməkdən qorxur

22 Sentyabr 00:00 İngiltərə 417
“Mənim 82 yaşım var, bundan narahatam” - Ağlını itirməkdən qorxur

“Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Ferqyuson demensiyadan (ağıl itkisi, yaddaş pozulması) qorxduğunu etiraf edib.

Sportinfo.az “Daily Mail”-ə istinadən xəbər verir ki, Ferqyuson əslində yaxşı yaddaşının olduğunu bildirib:

“Demensiya qorxusu? Mənim 82 yaşım var və təbii ki, bundan narahatam.

Amma əslində yaxşı yaddaşım var. Çox oxuyuram, imtahan verirəm. Məncə, bu, kömək edir. “Youtube”da 100 sualdan ibarət testlər verirəm”.

Aleks Ferqyuson 2012/13 mövsümünün sonunda məşqçilik karyerasını başa vurub. “Mançester Yunayted” məhz sonuncu dəfə şotlandiyalı çalışdırıcının rəhbərliyi altında İngiltərə çempionu olub.

O vaxtdan bəri “qırmızı şeytanlar” bu titula yiyələnə bilmir. Komanda hazırda Premyer Liqanın turnir cədvəlində 10-cu yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti