“Liverpul” “Bornmut”un müdafiəçisi Miloş Kerkezin oyununu fəal şəkildə izləyir.
Sportinfo.az “Team Talk”-a istinadən xəbər verir ki, Mersisayd klubu macar müdafiəçinin gələcək transferini ciddi şəkildə düşünür.
Yay transfer pəncərəsində Kerkezə tələbat var idi. Top-klublar onunla maraqlanırdı, lakin “Bornmut”un tələbləri potensial alıcıları uzaqlaşdırmışdı.
20 yaşlı müdafiəçi İngiltərə Premyer Liqasının cari mövsümündə 4 oyun keçirib.