COP29

"Qarabağ"la oyunqabağı onların nə problemi var?

04:00 İngiltərə 90
"Qarabağ"la oyunqabağı onların nə problemi var?

Avropa Liqasının Liqa mərhələsində ilk oyununu "Qarabağ"a qarşı keçirəcək "Tottenhem"in heyətində itkilər var.

Sportinfo.az xəbər verir ki, komandanın baş məşqçisi Ange Postekoqlu İngiltərə Premyer Liqasının 4-cü turunda "Arsenal"la keçirilən oyundan (0:1) sonra bu barədə danışıb.

O, əvvəlcə London derbisində meydana çıxmayan braziliyalı hücumçu Rişarlison və malili yarımmüdafiəçi Yves Bissumanın durumundan danışıb:

"Bissumanın bazar gücü "Brentford"a qarşı oynamaq ehtimalı var. Qasığında zədə var idi, amma elə də ciddi deyil.

Rişarlisonun oynamağına isə hələ bir az vaxt lazımdır. O, reablitasiyadadır".

İngiltərə mətbuatı Rişarlisonun sentyabrın sonlarında meydana çıxmağa hazır olacağını yazıb. Bu isə o deməkdir ki, braziliyalı futbolçu "Qarabağ"la oyunu buraxacaq.

Baş məşqçi niderlandlı müdafiəçi Mikki van de Ven və ingilis hücumçu Dominik Solankenin isə sıraya döndüyünü bildirib.

Sentyabrın 26-da keçiriləcək "Tottenhem" - "Qarabağ" oyunu Bakı vaxtı saat 23:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 17:20 Berdiyevin "gizli silahı"
19 Sentyabr 16:10 Bu Oyunda Favorit Sənsən!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Sentyabr 11:00 Gerisayım başladı, tələs!