COP29

"Qəribədir ki, o, bu qədər uzun müddətdir qol vura bilmir"

00:00 İngiltərə 219
"Qəribədir ki, o, bu qədər uzun müddətdir qol vura bilmir"

“Liverpul”un keçmiş yarımmüdafiəçisi Cey Spirinq İbrahima Konatenin qol vurma qabiliyyətindən danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Konatenin əla fiziki xüsusiyyətlərə malik olduğunu söyləyən ingiltərəli sabiq futbolçu, onun “Milan”a qarşı oyunda iki il yarımda ilk dəfə fərqlənməsinə təəccüblənib:

“Konatenin İngiltərə kubokunda, “Uembli”də “Mançester Siti” ilə yarımfinal oyunundan sonra iki il yarım ərzində “Liverpul” üçün qol vurmadığı qeyd ediləndə təəccübləndim.

O, həqiqətən fiziki cəhətdən güclü oyunçudur və Premyer Liqa oyunlarında ciddi təhlükə yaradır.

Qəribədir ki, o, bu qədər uzun müddətdir qol vura bilmir. Mənə elə gəlir ki, bu, Konatenin cari mövsümdə son qolu deyil”.

“Liverpul” UEFA Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində keçirilən “Milan”la ilk tur matçında 3:1 hesabı ilə qalib gəlib. Qollardan birinə Konate imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!