İspaniya millisinin və “Mançester Siti”nin 28 yaşlı yarımmüdafiəçisi Rodri Hernandes karyerasını “Real”da davam etdirməsi ehtimalı haqda danışıb.
Sportinfo.az “Todofichajes”-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu indi hər şeydən razı olduğunu bildirib:
“İndi İngiltərədəki hər şeydən razıyam. Dünyanın ən yaxşı klublarından birində oynayıram.
Hələ üç il müqaviləm var, amma vaxtı gələndə gələcəyi düşünəcəm. İspaniya mənim ölkəmdir, Madrid isə doğma şəhərimdir”.
Rodri 2019-cu ilin yayından “Mançester Siti”də çıxış edir. Tərəflər arasındakı müqavilə 2027-ci ilin iyunun sonunda başa çatacaq. Onun transfer dəyəri 130 milyon avro qiymətləndirilir.