COP29

“Mən onları çox sərt tənqid etmək fikrində deyiləm, çünki düzünü desəm...”

17 Sentyabr 00:20 İngiltərə 200
“Mən onları çox sərt tənqid etmək fikrində deyiləm, çünki düzünü desəm...”

İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq futbolçusu Qari Nevill Premyer Liqanın 4-cü turunun “Tottenhem”lə matçından (1:0) sonra “Arsenal”ın oyunu haqda fikirlərini bölüşüb.

Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, bu “Arsenal”ı bəyəndiyini bildirib:

“Onlar ən yaxşı oyunçularından ikisi Martin Odeqard və Deklan Rays olmadan bunu bacardılar. Çox yaxşı arxa dördlüyə və çox güclü müdafiə quruluşuna sahib idilər.

“Tottenhem” onları məğlub edə bilmədi. Təcrübəli, yetkin və bir neçə titul qazanmış komanda belə oynamalıdır.

Mikel Arteta hələ “Arsenal”la titul qazanmayıb, lakin bu, həqiqətən yaxşı oyun idi.

Biz son 10-12 il ərzində “Arsenal”ın boş, sadəlövh və qol buraxdığı vaxtlarını çox tənqid etmişik. İndi biz bunun tam əksini görürük.

Bu “Arsenal”ı bəyənirəm. Onlar həqiqətən yaxşı komandadır. Bu gün onlar haqqında mənfi bir şey deyə bilmərəm.

Mən “Tottenhem”i çox sərt tənqid etmək fikrində deyiləm, çünki düzünü desəm, bu gün “Arsenal”ı məğlub etmək onlar üçün çətin idi.

Bu, həqiqətən yaxşı gün idi: diqqət, konsentrasiya, nizam-intizam, hər kəs öz işini gördü”.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!