COP29

68 milyon funt-sterlinq bu klub üçün böyük pul deyil – Ödəməyə hazırdırlar

10 Sentyabr 18:20 İngiltərə 378
68 milyon funt-sterlinq bu klub üçün böyük pul deyil – Ödəməyə hazırdırlar

Tam transferə çevrilmə ehtimalı yüksək olan hücumameyilli yarımmüdafiəçi Ceydon Sançonun icarə əsasında “Çelsi”yə transferindən sonra “Mançester Yunayted” cinah oyunçularının mövqelərini ilə bağlı narahatdır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Kristal Pelas”ın vingeri Ebereçi Eze gələn yay transferləri üçün “Mançester Yunayted”in transfer komitəsi tərəfindən hazırlanan qısa siyahıda yer alır.

“Qırmızı şeytanlar”ın rəhbərliyi futbolçu ilə müqavilədə qeyd olunan 68 milyon funt-sterlinq bəndi londonlulara ödəməyə hazırdır. Bugünkü standartlara görə, təzminat o qədər də böyük deyil.

Yəqin ki, Eze uğrunda yayda bir neçə İngiltərə klubu arasında mübarizə olacaq. Daha əvvəl oyunçu ilə “Arsenal” və “Mançester Siti”nin maraqlandığı bildirilib.

“Mançester Yunayted”in qısa siyahısına “Everton”un mərkəz müdafiəçisi Cerred Brantueyt də daxildir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 10:40 Razı qalacaqsız…
17 Sentyabr 03:20 Rus qızı Marina Gəncədə
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?