COP29

Qvardiola “Mançester Siti”dən ayrılsa... Haland “Real”a keçə bilər

9 Sentyabr 12:00 İngiltərə 558
Qvardiola “Mançester Siti”dən ayrılsa... Haland “Real”a keçə bilər

“Mançester Siti” gələn il yenidən qurula bilər. Baş məşqçi Pep Qvardiola müqaviləsini uzatmasa, komandanı tərk edəcək.

Sportinfo.az “Defensa Central”-a istinadən xəbər verir ki, “şəhərlilər”in tərkibi də dəyişə bilər.

Belə ki, komandanın aparıcı oyunçusu Erlinq Haland başqa kluba keçə bilər. O, “Real”da oynamaq istəyir.

Madrid klubu bir şərtlə – Vinisius Junior-Rodriqo cütlüyündən biri komandanı tərk edərsə, norveçli forvardla müqavilə imzalaya bilər. “Kral klubu” artıq hücumlarını cinahda Kilian Mbappe və öndə Halandla təsəvvür edir.

Daha əvvəl Halandın atası 24 yaşlı futbolçunun bütün yüksək liqalarda oynamaq istəyindən danışmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 11:00 Razı qalacaqsız…