COP29

Kapitan sarğısından imtinasının səbəbini açıqladı: “Dedim, bunu ona ver”

9 Sentyabr 10:00 İngiltərə 346
Kapitan sarğısından imtinasının səbəbini açıqladı: “Dedim, bunu ona ver”

İngiltərə millisinin yarımmüdafiəçisi Deklan Rays Harri Keyni əvəzlədikdən sonra Millətlər Liqasında İrlandiya yığması ilə matçda komandanın kapitanı olmaqdan imtina edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu haqda belə deyib:

“Keyn mənə sarğını verməyə çalışdı, lakin Con Stounz daha yaşlı və təcrübəlidir. Keynə sadəcə, dedim: “Yəqin ki, Stounz kapitan sarğısına məndən daha çox layiqdir. Bunu ona ver”

. Bundan əlavə bir şey yaratmağa ehtiyac yoxdur. Stounz ən təcrübəli oyunçulardan biridir.

O, adətən Keyn oynamayanda kapitan olur, ona görə də, bu, düzgün qərar idi”.

İngiltərə yığması səfərdə İrlandiya millisini 2:0 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 11:00 Razı qalacaqsız…