COP29

Gündoğanın gəlişi onun gedişinə səbəb olacaq?

9 Sentyabr 00:20 İngiltərə 533
Gündoğanın gəlişi onun gedişinə səbəb olacaq?

“Mançester Siti”nin yarımmüdafiəçisi Mateo Kovaçiç yaxın gələcəkdə komandasını tərk edə bilər.

Sportinfo.az “Football Insider”-ə istinadən xəbər verir ki, xorvatiyalı İlkay Gündoğan azad agent kimi “Barselona”dan “şəhərlilər”in düşərgəsinə qayıtdıqdan sonra istədiyi qədər oyun praktikası ala bilməyəcəyinə inanır.

Kovaçiç “Mançester Siti”də 2023-cü ilin yayından – “Çelsi”dən keçdiyi vaxtdan çıxış edir. O, “Barselona”ya keçməyə qərar verən Gündoğanın yerinə alınmışdı.

Daha əvvəl Kovaçiçlə Səudiyyə Ərəbistanı klublarının maraqlandığı bildirilirdi.

30 yaşlı futbolçu Premyer Liqanın ilk 3 turunda 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 11:00 Razı qalacaqsız…