COP29

“Ailəmi görəndə susdum, bir söz deyə bilmədim”

8 Sentyabr 00:10 İngiltərə 670
“Ailəmi görəndə susdum, bir söz deyə bilmədim”

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Hernandes Çempionlar Liqasında 2021-ci ildə “Çelsi”yə 0:1 hesabı ilə uduzduqları final matçını xatırlayıb.

Sportinfo.az “City Report”-a istinadən xəbər verir ki, ispan futbolçu evə qayıdıb ailəsini görəndə sözün əsl mənasında susduğunu bildirib:

“Finalda uduzduqdan sonra evə qayıtdım. Ailəmi görəndə sözün əsl mənasında susdum.

Bir söz deyə bilmədim. Sonra düşündüm ki, bir daha belə hiss etmək istəmirəm.

Daha çox işləməyə başladım. İndi çempion olduğumuza və zirvədə qərarlaşdığımıza görə o anı heç kim xatırlamır.

Amma etiraf etməliyik ki, bu, karyeramın ən vacib mərhələlərindən biri idi”.

Rodri 2024-cü ildə “qızıl top”u qazanmaq üçün favoritlərdən biri hesab olunur.

Digər Xəbərlər
Xəbər Lenti