COP29

“Bu, UEFA və FİFA-nın vecinə deyil, onları pul maraqlandırır”

7 Sentyabr 21:40 İngiltərə 307
“Bu, UEFA və FİFA-nın vecinə deyil, onları pul maraqlandırır”

“Mançester Siti”nin və Belçika millisinin yarımmüdafiəçisi Kevin De Brüyne 2024/25 mövsümünün təqvimini tənqid edib.

Sportinfo.az RTBF-yə istinadən xəbər verir ki, yarımmüdafiəçi klubların və milli komandaların iştirak etdiyi matçların çoxluğundan şikayətlənib:

“Mövsümlər uzanır. Ola bilsin ki, bu mövsüm yaxşı keçəcək, amma 2026-cı il dünya çempionatı ilə təqvim daha da çətinləşəcək.

Futbolçularım Həmkarlar İtiifaqı həll yolları tapmağa çalışsalar da, heç nə dəyişmir. Bu, UEFA və FİFA-nın vecinə deyil. Onları pul maraqlandırır”.

2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada iyunun 11-dən iyulun 19-dək keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti