COP29

“Hamı razılaşacaq ki, belə bir klub Premyer Liqada çempionluğa iddialı olmalıdır”

6 Sentyabr 15:20 İngiltərə 725
“Hamı razılaşacaq ki, belə bir klub Premyer Liqada çempionluğa iddialı olmalıdır”

“Mançester Yunayted”in müdafiəçisi Matteys de Liqt klubun hədəfləri haqda danışıb.

Sportinfo.az “UtdDistrict”-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu “Mançester Yunayted”in çempionluğa iddialılar sırasında qərarlaşmalı olduğunu bildirib:

“Bəli, “Mançester Yunayted” iki il ərzində iki kubok qazanıb, bu, əladır.

Bununla belə, düşünürəm ki, hamı razılaşacaq ki, belə bir klub Premyer Liqada qələbə üçün mübarizə aparmalı və çempionluğa iddialılar sırasında olmalıdır. Bu, gözəl çağırışdır”.

25 yaşlı futbolçu “Mançester Yunayted”ə bu yay “Bayern”dən keçib. Onun transferi ingilislərə 45 milyon avroya başa gəlib.

Erik ten Haqın komandası cari mövsümdə keçirdiyi 3 oyundan sonra 3 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 04:40 Bakıya böyük axın var