COP29

"Əvvəlki problemlər aradan qalxmayıb" - Keçmiş komandasını tənqid etdi

2 Sentyabr 18:40 İngiltərə 385
"Əvvəlki problemlər aradan qalxmayıb" - Keçmiş komandasını tənqid etdi

“Mançester Yunayted”in sabiq kapitanı Roy Kin keçmiş komandasının “Liverpul”a qarşı oyundakı çıxışı haqqında sərt danışıb.

Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, şotlandiyalı mütəxəssis əvvəlki problemlərin aradan qalxmadığını bildirib:

“Liverpul” hər dəfə irəli gedəndə qol vuracaq kimi görünürdü. Əvvəlki problemlər aradan qalxmayıb.

Qarşılaşma bərabərlikdən uzaq idi. “Mançester Yunayted” çox açıq oynayır.

Oyunun demək olar ki, bərabər statistikası yalnışdır, çünki mersisaydlılar sadəcə olaraq “Mançester Yunayted”dən üstün oldular”.

“Qırmızı şeytanlar” İngiltərə Premyer Liqasının 3-cü turunun matçında evdə “Liverpul”a 0:3 hesabı ilə uduzublar.

Digər Xəbərlər
Xəbər Lenti