COP29

Icarəyə verdiyi tanınmış futbolçunun maaşının böyük hissəsini ödəməyə davam edəcək

1 Sentyabr 00:10 İngiltərə 277
Icarəyə verdiyi tanınmış futbolçunun maaşının böyük hissəsini ödəməyə davam edəcək

Rahim Sterlinq yay transfer pəncərəsinin son günündə “Çelsi”dən ayrılaraq “Arsenal”a keçib. “Topçular” ingiltərəli futbolçunu icarəyə götürüb.

Sportinfo.az “The Athletic”-ə istinadən xəbər verir ki, “Arsenal” Sterlinqin maaşının az hissəsini ödəyəcək.

“Çelsi” isə futbolçuya maaşının böyük hissəsini ödəməyə davam edəcək. “Topçular” üçün belə bir razılaşma çox sərfəlidir.

Sterlinqin London klubu ilə müqavilə çərçivəsində həftədə 300-350 min funt sterlinq qazanacağı deyilir.

29 yaşlı futbolçu “Çelsi”nin heyətində 81 oyun keçirib, 19 qol vurub və 12 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti