COP29

Niderlandlı hücumçu Premyer Liqa klubunu “Qarabağ”ın rəqibinə dəyişdi

31 Avqust 01:40 İngiltərə 665
Niderlandlı hücumçu Premyer Liqa klubunu “Qarabağ”ın rəqibinə dəyişdi

“Ayaks” İngiltərə təmsilçisi “Bernli”dən Vaut Veqhorstu transfer edib.

Sportinfo.az xəbər verir ki, futbolçu ilə 2026-cı ilin yayına kimi müqavilə imzalanıb.

32 yaşlı niderlandlı hücumçu yeni klubunda 25 nömrəli formanı geyinəcək.

Ötən mövsüm Almaniyanın “Hoffenhaym” klubunda icarə əsasında çıxış etmiş forvard bütün yarışlarda 30 matçda iştirak edib, 7 qol vurub, 4 məhsuldar ötürmə edib.

Veqhorst bu mövsüm İngiltərə çempionatında cəmi iki oyun keçirib.

“Ayaks” Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti