COP29

"Bir ilim qalıb, gəlin bundan həzz alaq və müqavilə haqqında düşünməyək"

30 Avqust 01:30 İngiltərə 512
"Bir ilim qalıb, gəlin bundan həzz alaq və müqavilə haqqında düşünməyək"

“Liverpul”un hücumçusu Məhəmməd Salah gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, misirli futbolçu yaxın vaxtlarda “Liverpul”la müqaviləsini yeniləmək fikrində deyil:

“Mövsüm başlamazdan əvvəl mən sadəcə dedim: Bir ilim qalıb, gəlin bundan həzz alaq və müqavilə haqqında düşünməyək.

Gələn il və ya gələcək haqqında düşünmək istəmirəm, sadəcə müqaviləmin son ilindən zövq almaq istəyirəm.

Ən əsası, hər dəfə bir gün yaşamaq və sadəcə burada olduğum üçün minnətdar olmalıyam”.

Salahın sözləri “qırmızılar”ın azarkeşlərini narahat edə bilər, çünki onun klubla hazırkı müqaviləsi gələn ilin yayında başa çatır.

“Liverpul” Premyer Liqanın ilk iki turunda maksimum nəticə göstərərək, hesabına 6 xal yaza bilib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 22:40 "Sabah" icarəyə verdi